`Ermənistan hakimiyyəti tamahkar və acgözdür` - Erməni diaspor nümayəndəsi


14:25     19 Sentyabr 2017 433c2d62-adf3-4d03-9b34-122d33dae27a.jpg

“Ermənistanda dövlət vəzifəsinə talançılar təyin olunur. Bu, faciədir. Mən naziri öz cibinə deyil, xalqın rifahına işləməyə necə məcbur edə bilərəm? Ermənistanda düz adama “özündən razı”, “lənətlənmiş axmaq” deyirlər. Pul-para xatirinə hər işi görənlər isə istedadlı, bacarqılı sayılırlar. Belə bir vəziyyət bizi hara sürükləyir?”


Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, bunu ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyan sentyabrın 18-də Yerevanda başlayan VI “Ermənistan-Diaspo” forumundakı çıxışı zamanı bildirib.

O bildirib ki, Ermənistanda hakimiyyət tamahkardır. Bitib-tükənməyən acgözlük kampaniyası başlayıb və bu dayanmaq bilmir.

“Əlbəttə, bunları dəyişmək olar. Ancaq Ermənistanla bağlı belə təəssürat yaranır ki, elə bil bir qrup qayıqla buralara gələrək, acımadan yerli əhalinin çapıb, talayıb. Elektrik enerjisinin qiymətini qaldırırlar. Bu nə deməkdir? Çünki onların yeni ideyası yoxdur. Kommunal xərclərin qiymətini qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyətinin dəyişiklik etmək üçün ideyası yoxdur. Onların bu əməlləri nəticəsində əhali Ermənistanı tərk edir. Onlar əlindən gələni edir ki, əhali ölkəni tərk etsin. Katalikos I Aramın dedikləri erməni xalqının ürəyindəndir. Ancaq Serj Sarqsyan və ermənilərin katalikosu II Qareqenin dedikləri isə aydın deyildi. Mən onlardan həqiqəti deyəcəklərini gözləmirəm”.

“Diaspor nümayəndələri Ermənistan hökumətinə inanırmı, ölkəyə sərmayə qoya bilərmi” sualına cavabında o deyib:

“Etibar və etimad sıfırdır. Onlar talan edir. Bu şikayətlərə məhkəmədə baxılmır. Mənim Ermənistanda 4 biznes obyektim var. Onların elə bahalı da deyillər. Hər birinin dəyəri 30 min dollardır. Bu obyektlər qazanc gətirməkdənsə, məni qarət edir. Məhkəmə bununla bağlı ədaləti nə vaxt təmin edəcək?”

Femida.az

Açar sözlər:

Oxunub: 1226